28-09-2016 [11:05]
Balakən rayonundakı iş adamlarından birindən müraciət daxil olub.
Müraciət edən şəxs Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir.
Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı 2015-ci ilin iyul ayında polis rəisinin onun yanına adam göndərərək əgər rahat işləmək istəyirsə 5000 manat xərac verməli olduğunu bildirdi. İş adamı bu məbləği rəisə verməkdən imtina etdiyindən, daha sonra problemlərinin başladığını qeyd edib: "2016-cı ilin aprel ayında isə rəis kabinetinə çağırıb mənə şəxsən xəbərdarlıq etdi ki, 5000 min manatı verməsəm, bu rayonda biznesimi davam etdirmək imkanı verməyəcək. Şəxsən rəis Elnur Həsənova dedim ki, işləyirəm, dövlətə vergi verirəm və kiməsə veriləcək artıq pulum yoxdur.
Dörd gün əvvəl, yəni sentyabr ayının 24-ü dostlarımla rayondakı kafelərdən birində şam edirdim. Başqa masalardan birinin ətrafında da rəis Elnur Həsənov yeyib-içirdi. Bir neçə saatdan sonra mən dostlarımla vidalaşıb kafedən çıxdım. Maşınıma əyləşib evə yola düşdüm. Kafedən bir az aralanan kimi DYP maşını məni saxladı. DYP əməkdaşı mənim yaxşı tanıdığım şəxs idi. Mən maşından düşən kimi o, üzrxahlıq edib dedi ki, qardaş bağışla indi rəis zəng vurub tapşırıq verib ki, səni tutub bölməyə aparaq və içib-içmədiyini yoxlayaq, amma mən bilirəm ki, sən içkili deyilsən. Təbii ki, mən içməmişdim. Gəldik polis idarəsinə. Polis əməkdaşları məni polis maşınına əyləşdirərək xəstəxanaya apardılar. Yarı yolda rəis polisi əməkdaşlardan birinə zəng vuraraq məni geri şöbəyə gətirməyi əmr etdi. Polis əməkdaşı mənə tərəf dönərək dedi ki, rəis deyir həkimi çağırın onu burada yoxlasın. Bunu sübut etmək üçün mənim əlimdə videofakt da var və lazım gələrsə, bu faktı əlaqədar orqanlara təqdim edə bilərəm.
Şöbəyə çatdıq. Bir həkim çağırdılar. Həkim gəldi, yoxladı və dedi ki, bu vətəndaş spirtli içki qəbul etməyib. Bu haqda rəisə məruzə etdilər və o göstəriş verdi ki, daha bir həkim çağırın, gəlsin yoxlasın. İkinci həkim də gəldi yoxladı və dedi ki, bu vətəndaş içkili deyil. Naəlac qalıb məni polis idarəsindən buraxdılar, amma maşınımı saxladılar şöbənin həyətində. Maşınımı qanunsuz yerə, heç bir əsas olmadan zorla əlimdən alıb qoydular şöbənin həyətində. Əməkdaşlar dedilər ki, rəis deyir 5000 manatı gətirsin sonda maşınını götürər. Polis rəisi Elnur Həsənovun mənə qarşı bu özbaşınalığı bir ildir davam edir və bir ildir o məni obyektimi bağlamaqla və özümü də "ilişdirməklə" hədələyir", - deyə balakənli iş adamı əməkdaşımızla söhbətində bildirib.
Şamil Qebeyev Balakən rayonunda xeyriyyəçi iş adamı kimi tanındığını, rayondakı bütün xeyriyyə tədbirlərində, hakim partiyanın yerli təşkilatının rayon miqyasında keçirdiyi bütün tədbirlərdə həmişə canla-başla, fəal iştirak etdiyini əməkdaşımızla söhbətində bildirdi.
İş adamı onu da qeyd edib ki, Azərbaycanın fəxri, dünya çempionumuz, dəfələrlə Azərbaycanın bayrağını mötəbər turnirlərdə zirvələrə qaldırmış yunan-roma güləşçimiz Rəsul Çunayevin fan-klubunun yaradıcısıdır. Çempion Balakənə gələrkən təntənəli qarşılanma mərasimlərinin təşkilatçılarından biri də odur. Yaşadığı rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, işlətdiyi müəssisəsində onlarla vətəndaşa iş imkanı yaratdığını bildirən Qebeyev ona qarşı polis rəisi tərəfindən edilmiş bu hərəkətin ilk növbədə Azərbaycan qanunlarına hörmətsizlik və ölkə rəhbərliyinin göstərişlərini qulaqardına vurmaq olduğunu bildirib.
Məsələ ilə bağlı sahibkar Şamil Qebeyev artıq ölkə prezidenti cənab İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, baş prokuror cənab Zakir Qaralova müraciət ünvanlayıb. Həmin müraciətin surətini də sizə təqdim edirik:
olke.az
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
Müğənni Arzuxanım Həsənova niyə qandallanıbmış? - DİN-dən açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İran kəşfiyyatından ölkədəki agentlərə xəbərdarlıq: "Sabaha qədər təslim olun, yoxsa..."
"Ukrayna torpaqlarında 695 min rus əsgəri var" - "52 minlik ordus isə Sumiyə girməyə çalışır"
İsrail Əhvaz və Məhşəhrə hücum edib - SEPAH qərargahları vurulub
Hava şarı göydə alovlandı - 8 nəfər ölüb, 13 yaralı var
İCRA BAŞÇISI HƏBS OLUNDU - DTX-dən sensasion əməliyyat (YENİLƏNİB)
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
Qəzzada 202 nəfər həyatını itirib - Son 48 saatda
İranlı nüvə alimi evində öldürülüb - Arvadlı ilə birlikdə
Dövlət Neft Fondunda yoxlama aparılıb
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
"Büdcə sistemi haqqında" qanunda dəyişir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
DEPUTATLAR DAHA 12 QANUNA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Sabah bəzi rayonlara leysan və dolu yağacaq
İCRA BAŞÇISI VƏZİFƏDƏN AZAD EDİLDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev onları təltif etdi - SİYAHI
Azercell dünya çempionlarını təbrik etdi - FOTOLAR
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
İsrail İrana növbəti zərbələr endirməyə başlayıb
Azərbaycanla daha bir ölkə arasında viza ləğv olunub
"Bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər" - Könül Aydın yazır
"Yaşayış minimumu haqqında” qanuna dəyişdi - Deputatlar "hə" dedi
Elektrik enerjisi ilə bağlı yeni qanun qəbul edildi - Nələr olacaq?
Hansı müğənnilər daha çox qazanır? - ADLAR
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
İstanbulda meşəlik ərazilərə girişə qadağa qoyulub
Un bahalaşıb - Agentlik son qiyməti açıqlayıb
MIƏMURLARIMIZ ŞİMALİ KİPRDƏN SAXTA DİPLOM ALIB? - “Bugün Kıbrıs” yazdı, ortalıq qarışdı
"Fənərbağça" "Latsio" ilə yoldaşlıq oyunu keçirəcək
Ərdoğandan Almaniya kanslerinə İranla bağlı - Xəbərdarlıq
Əli Əsədov mühasiblərlə bağlı qərar verdi - Dəyişiklik
Azərbaycan neftinin qiyməti 2.24 dollar ucuzlaşdı
Məhkəmə “SalamNews” və “İnteraz”ın rəhbərinin şikayətinə "yox" dedi
Bu gün metro gecə ikiyə kimi işləyəcək
AZƏRBAYCANDA HEYRƏTAMİZ OLAY - Evə qonaq gələn şəxs arvadı ərinin yanında zorlamaq istəyib! - Vəkil elə şey açıqladı ki...
Mirvari Qəhrəmanlı: ""Azəriqaz"dakı struktur islahatları nəzarətə götürülməlidir" - "Rövşən Nəcəf, bu şəxsi kim işə götürəcək?" (YENİLƏNİB)
Türkiyədə avtobus qəzası - 12 yaralı var