Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Pazayev Türkiyədə səfərdə olub

img

01-05-2010 [01:28]


Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprel ayının 26-29-da Türkiyə Cumhuriyyətində səfərdə olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Türkiyədə aparıcı təhsil müəssisələrinin təcrübəsini öyrənmək məqsədi daşıyan səfərdə Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev ilk görüşünü Orta Doğu Teknik Universitetinin (ODTU) rektoru Profesor Əhməd Açarla keçirib. Daha sonra, cənab Paşayev və onu müşayət edən ADA-nın pedaqoji və inzibati heyəti təhsil müəssisəsində beynəlxalq münasibətlər, sosial elmlər və xarici dillərin tədris üsulları ilə tanış olub. Səfər zamanı, ADA-nın rektoru Bilkənt Universitetinin prezidenti Professor Əli Doğramacı və rektoru Professor Abdulla Atalar ilə də görüşüb. Nümayəndə heyəti Bilkənt universitetinin dərs otaqları, labaratoriyaları, kitabxana, yataqxana və istirahət mərkəzlərində tələbələr üçün yaradılmış şəraitlə tanış olmuşlar. Səfərin sonunda Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev Türkiyənin Xarici İşlər Nazirliyində görüş keçirib, Turkiyyə Diplomatik Akademiyasının rektoru, səfir Sina Baydur ilə müzakirələr aparıb. ADA-nın rektoru Hafiz Paşayev səfərin məqsədi barədə danışıraq bildirib ki, ?Türkiyənın aparıcı universitetlərində keçirdiyimiz görüşlər və topladığımız təcrübə Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətinə lazımı töhfəsini verəcəkdir. Biz inanırıq ki, böyük təcrübəsi, minlərlə uğurlu və bacarıqlı tələbəsi olan Orta Doğu Teknik Universiteti və Bilkənt Universiteti ilə əməkdaşlığımız Azərbaycanda beynəlxalq münasibətlər və sosial elmlərin inkişafına xeyirli olacaq və Diplomatik Akademiyada tədrisin mükəməlləşməsinə kömək edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA