ilham Əliyev Koreya Respublikasının Milli Assambleyasının üzvünü qəbul edib

img

28-04-2010 [06:24]


Prezident İlham Əliyev aprelin 28-də Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Koreyanın Milli Assambleyasının üzvü Sanq Dikin Azərbaycana səfərinin uğurlu keçəcəyinə və əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Koreya ilə bundan sonra da fəal iqtisadi əlaqələr qurmasında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdə Koreya şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib. Koreyanın Milli Assambleyasının üzvü Sanq Dik Azərbaycanda son illər əldə edilən yüksək iqtisadi inkişafın ölkəsində maraqla izlənildiyini deyib. Qonaq Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal iştirak etmək niyyətində olduğunu qeyd etmiş və əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA