Binəli Yıldırım 5 sabiq naziri toplantıya çağırmadı – SİYAHI

img

31-08-2016 [17:28]


Türkiyənin baş naziri Binəli Yıldırımın Çankaya iqamətgahında keçirəcəyi tədbirə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı dövründə nazir olmuş 5 nəfər dəvət edilməyib.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu gün axşam saat 19.00-da (Bakı vaxtı ilə 20.00) AKP hökumətinin indiki və keçmiş nazirlərinin birgə toplantısı olacaq.

Həmin tədbirdə iştirak etmək üçün baş nazirin keçmiş müavini Bülənt Arınc, keçmiş təhsli naziri Hüseyn Çelik və sabiq ədliyyə naziri Sadullah Ergin dəvət ediliblər.

AKP-dən istefa vermiş və ya partiya sıralarından çıxarılan keçmiş nazirlər toplantıya dəvət edilməyiblər.

Belə ki, keçmiş daxili işlər naziri Yaşar Yakış, istefa vermiş keçmiş mədəniyyət naziri Erkan Mumcu, sabiq mədəniyyət naziri Ertuğrul Günay, keçmiş daxili işlər naziri İdris Naim Şahin və baş nazirin keçmiş müavini Avdüllatif Şener tədbirə dəvət olunmayıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA