“Sağ olduğuna dair görüntü yaysınlar” - Prezidentin ölüm xəbərini yayan KİV

img

30-08-2016 [13:12]


Prezident İslam Kərimovun ölməsi ilə bağlı ilk xəbəri yazan Özbəkistanın "Ferqana” agentliyinin baş redaktoru xəbərin doğru olduğunu bəyan edib.

Baş redaktor Daniil Kislov bildirib ki, "Ferqana” yayılan məlumatın etibarlılığına cavabdehdir, hökumət isə yaxşı olardı ki, bu situasiyada susmasın: "Mən təklif edirəm ki, Özbəkistanın rəsmi mənbələri, hökumət, prezidentin mətbuat xidməti ya onun xəstəliyi ilə bağlı tibbi arayışı yayımlasın, ya da xəstəxana palatasından onun sağ olduğuna dair görüntü yaysın”.

Xatırladaq ki, dünən agentlik öz mənbəsinə istinad edərək 78 yaşlı prezidentin ölüm xəbərini yaymışdı. Lakin prezident aparatındakı mənbə "Ria Novosti”yə açıqlamasında xəbəri təkzib etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA