Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
29-09-2025 [17:20]
“Azercell” Telekom gənc qızların İT və İKT sahəsində inkişafını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir.
Mia.az-ın məlumata görə, ötən il start verilən “Uğur qızlarımızındır” təşəbbüsünün davamı olaraq, bu il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş keçirilib.
Tələbələri təbrik edən “Azercell”in Hüquq və Data Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva deyib: “Gənc qızların İT sahəsində uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin rəqəmsal gələcəyinə verdikləri töhfədir. “Azercell” olaraq biz onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq”.
“Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib:“Azercell” üçün təhsilə, habelə bilik və bacarıqların artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT sahəsində inkişafına yardım göstərmək mümkündür”.
Görüşdə tələbələrə dəyərli hədiyyələr və “DigiMax 10” tarif paketinə bir illik abunəlik təqdim olunub.
“Azercell” uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.
“Azercell” bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.





Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır