Nazir və müavinləri bəstəkarın dəfnində! - Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olundu

img

31-08-2016 [15:45]


Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.

Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafındakı xidmətləri haqda danışıb. 

Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında onun xüsusi yeri var: "Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq”.

Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA