Xalq artistindən nəvəsinin ölümünə gözlənilməz reaksiya: "İstidir, xəbərim yoxdur"

img

05-09-2016 [18:04]


Bu gün dünyasını dəyişən paralimpiyaçı Fariz Kərimli xalq artisti Tariyel Qasımovun nəvəsidir.

Xalq artisti Tariyel Qasımov nəvəsi Fariz Kərimlinin ölüm xəbəri haqda danışarkən deyib: "Rayondan gəlmişəm. İstidir. Bu haqda məlumatım yoxdur”.

Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli aktyorun qız nəvəsidir.

Aktyorun sözlərinə görə qızı və nəvəsiylə əlaqəni illər əvvəl kəsib: "Münasibətimiz yox idi. Sonra bir video paylaşdı, məni biabır etdi. Ölümündən xəbərim yoxdu”.

Dəfnində iştirak edib-etməyəcyi sualına xalq artisti belə cavab verib: "İndi rayondan gəlmişəm. İstidir. Bir az özümə gəlim. Üzrlü sayın”.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA