QAT-ın sədr müavini 10 sutkalıq azadlıqdan məhrum edilib

img

26-04-2010 [06:00]


Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədr müavini İlqar Əliyev Xətai rayon məhkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum edilib və Binəqədi rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib. Bu barədə QAT-ın mətbuat xidmətindən məlumat daxil olub. O, ?Sərhədçi? İdman Kompleksində keçirilən boks üzrə dünya çempionatında erməni idmançıların iştirakına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə həbs olunub. Xatırladaq ki, QAT-ın bir qrup üzvü ayın 25-i Xətai rayonu ərazisində ?Sərhədçi? idman kompleksində keçirilən boks üzrə dünya çempionatında erməni idmançılarının iştirakına etiraz olaraq aksiya keçiriblər. Tədbirin keçirildiyi ərazi polis və təhlükəsizlik əməkdaşlarının ciddi nəzarəti altında olduğuna görə QAT üzvləri müxtəlif adlar altında içəriyə daxil olaraq, gün ərzində yarış zalında müxtəlif etiraz aksiyaları keçiriblər. Aksiya edənlərin tələbi erməni idmançılarının yarışdan kənarlaşdırılması və Azərbaycanı tərk etmələrindən ibarət olub. Aksiyaların nəticəsində yarışlar 3 dəfə dayandırılıb. QAT üzvlərindən bir nəfər xəsarət alaraq xəstəxanaya göndərilib, 6 nəfər saxlanaraq yaxınlıqdakı polis bölmələrinə aparılıblar, onlardan 3 nəfər xəbərdarlıq edilərək sərbəst buraxılıb, QAT-ın sədr müavini İlqar Əliyev isə gecəni 34-cü polis bölməsində saxlanılıb. QAT sədri Akif Nağı da 34-cü polis bölməsinə aparılıb, lakin Xətai Rayon Polis İdarəsinin rəisi Həsən Əliyev tərəfindən xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA