Bıcaqla hədə qorxu gələrək soyğunçuluq edən yaxalandı

img

15-04-2010 [06:35]


Aprelin 15-də saat 01.10 radələrində, Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini Vüqar Rüstəmovu bıçaqla hədələyərək pul verməsini tələb edərkən Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən tutulub. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, onun, Biləcəri qəsəbə sakini Rəşid Hüseynov olması müəyyən edilib. R.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, aprel ayının 14-də Biləcəri qəsəbə sakini Nüşabə Aslanovanı da bıçaqla hədələyərək, ondan 50 manat pul alması müəyyən edilibşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA