Serj Sarkisyan: ?Müharibəyə cəhd Azərbaycan üçün fəlakətlə nəticələnəcək?

img

24-04-2010 [05:09]


Regionda sülh və stabillik bərqərar olmayınca, Dağlıq Qarabağ problemi tərəfləri arasında həqiqi sülh müqaviləsi imzalanmayınca, münaqişə zonasında hərbi əməliyyatların bərpa olunmalı təhlükəsi həmişə olacaq. Bu sözləri Rusiyanın ?RİA Novosti? Agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan bildirib. ?Münaqişənin hərbi yolla həllinə cəhd Azərbaycan üçün fəlakətlə nəticələnəcək avantüradır. Hadisələrin bu cür inkişafı heç bir halda Dağlıq Qarabağ problemini həll etməyəcək, əksinə nəticədə regionda yeni münaqişə ocaqları yarana, eyni zamanda uzun müddət qeyri-stabillik hökm sürə bilər. Müxtəsər olaraq sizin sualın cavabı belədir: Xeyir, yaxın vaxtlarda müharibə təhlükəsi görmürəm. Lakin mən dəfələrlə bəyan etmişəm ki, bizim silahlı qüvvələr həmişə hesab etməlidirlər ki, məhz günü sabah hərbi əməliyyatlar başlaya bilər?, - deyə Sarkisyan bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA