Çavuşoğlu Kerridən Fətullah Güləni istədi - Telefon danışığı

img

16-08-2016 [21:07]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə  telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

Bu barədə "Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.  

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti  müzakirə ediblər.   

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA