09-08-2016 [11:30]
Avqustun 7-də Türkiyədə keçirilən "Demokratiya və Şəhidlər” mitinqində 5 milyona yaxın insan iştirak etdi. Dünyaya birlik və bərabərlik mesajı verən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, Türkiyənin baş qərargah rəisi, TBMM sədri ilə yanaşı müxalifət liderləri də iştirak etdi. Mitinqdə CHP lideri Kamal Kılıçdaroğlu və MHP başqanı Devlet Baxçalı da çıxış etdilər.
Saatlarla davam edən mitinqin gedişatında Ankara bələdiyyə başqanı Melih Gökçekin mətbuata verdiyi açıqlama böyük marağa səbəb olub. M.Gökçek Türkiyədə hərbi çevriliş cəhdi hazırlayan Fətullah Gülən və onu dəstəkləyənlər haqda sensasion sayıla biləcək açıqlamalar verib. O, FETO terror təşkilatı adlandırılan bu hərəkatın yeni planlarının olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, M.Gökçek əvvəlcə Fətullah Gülənin böyük ruh düşkünlüyü yaşadığını və çıxılmaz vəziyyətdə olduğunu deyib: ""FETO nə edəcəyini bilmir. Öz ətrafında olanları bir arada necə saxlaya biləcəyini düşünür. Bir tərəfdən də Amerikaya mesajlar verir. Ancaq verdiyi mesajlardan onun necə təlaşlı, həyəcanlı olduğu hiss edilir”.
Türkiyədə növbəti qarşıdurmaların başlaması üçün planlar hazırlandığını deyən M.Gökçek özü də bu işlərdən xəbər tutacağı halda dövlətini məlumatlandıracağını deyərək xalqı da ayıq-sayıq olmağa çağırıb: "Allahın köməkliyi ilə onlar Türkiyədə heç bir iş görə bilməyəcəklər. Ancaq belə xəbərlərlə daim bizi narahat etmək istəyəcəklər. Mən kiçik bir ehtimal belə görsəm, bu məlumatı xalqımla bölüşərəm. Onların niyyətini bilsəm, dövlətimi məlumatlandıraram. Onların oyununu pozaram. Bu günə qədər də belə etmişəm”.
M.Gökçek bildirib ki, bu ilin oktyabr ayında Türkiyədə növbəti dəfə qarşıdurma yaradılmasına cəhd edilə bilər: "İlk aldığımız məlumat budur ki, onlar oktyabr ayında növbəti belə bir addım atmağa çalışacaqlar. Ancaq o vaxta qədər də müxtəlif məlumatlar yayaraq bizi çaşdırmaq istəyəcəklər. Lakin heç vaxt belə bir olayı təkrarlaya bilməyəcəklər. Bunlar İŞİD və PKK-nı arxalarına alaraq növbəti dəfə belə bir cəhd etməyə çalışacaqlar. Bunlar fərqli bir metod da həyata keçirə bilərlər. Sui-qəsdlər də edə bilərlər. Bizi öldürə bilərlərmi? Əlbəttə, Allah istərsə, öldürərlər. Ancaq bütün kainat bir yerə gələrsə, mənim, cənab prezidentimin tükünə zərər verə bilməzlər. Yetər ki, bunu Allah istəməsin. Biz buna iman etmişik. Allah istəməsə, bizə heç bir şey olmaz”.
Onun sözlərinə görə, Türkiyədə qarşıdurma yaratmaq istəyənlərin növbəti addımı həbsxanalardan başlaya bilər. M.Gökçek deyib ki, Fətullah Gülənin həbsxanalarda xeyli sayda qardian olaraq çalışan adamları var. Xalqı növbəti qiyam cəhdlərinə qarşı hazırlıqlı olmağa çağıran M.Gökçek onlara nə etməli olduqlarını belə izah edib: "Vətəndaşlara bəzi məsələləri açıqlamaq və hazır olmalarını məsləhət görürəm. Bu işlər olacaq deyə demirəm. Əgər olarsa, hazırlıqlı olun, deyə söyləyirəm. Artıq bundan sonra kimsə kiçik bir olaydan xəbərdar olarsa, qeydiyyat dəftərini hazır etsin. Ən azı 10 nəfərə də xəbər versin. Həmin 10 nəfər də digər 10 nəfərə xəbər versin. Əvvəlcədən müəyyən edilmiş yerlərdə insanlar toplaşsın. Toplaşmaq lazım olan əsas yerlər şəhərlərin mərkəzi meydanları və hərbi hissələrin qarşısıdır. Belə bir hadisə olduğu halda sivil xalq heç düşünmədən hadisə yerinə getməlidir. Allah qorusun, bunlar yeni bir oyun qurar, bütün şəbəkəni, bir-birimizlə əlaqə qurmaq imkanlarını kəsərlər. Ona görə də xalq indidən bu vəziyyətə hazır olmalıdır. Harada, necə və hansı mesajlarla bir-birilərinə xəbər edəcəklərini, toplaşacaqları yerləri öz aralarında razılaşsınlar. İşi heç də şansa buraxmaq olmaz”.
Xatırladaq ki, M.Gökçek əvvəllər Fətullah Gülənə yaxınlığı ilə bilinən hökumət nümayəndələrindən olub. Son günlər isə sosial şəbəkələrdə M.Gökçekin bir neçə il əvvəl öz twitter hesabından Fətullah Gülənə "FETO” deyə səslənənlərə etiraz mesajı paylaşılır. Həmin mesajda M.Gökçek bunun Fətullah Gülənə hörmətsizlik olduğunu qeyd edirdi.
M.Gökçekin oğlu Gülən məktəbinin məzunudur. Lakin M.Gökçek bu məsələ ilə bağlı danışarkən deyib ki, oğlu kimi bir çoxları bu "camaat”ın içərisində olsa da doğrunu görərək hökumətinin yanında olmağı bacarıblar.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək