Elmar Məmmədyarov Ukrayna səfirini missiyasının baza çatması münasibətilə qəbul edib

img

22-04-2010 [06:35]


Elmar Məmmədyarov Ukrayna səfirini missiyasının başa çatması münasibətilə qəbul edib Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuku ölkəmizdə fəaliyyətinin sona çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı səfir Boris Klimçuk Azərbaycanda Ukraynanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan Boris Klimçuk fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib. Öz növbəsində nazir Elmar Məmmədyarov səfir Boris Klimçuka xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA