Erməni katalikosu aprelin 26-da Azərbaycana gələcək

img

22-04-2010 [03:16]


Bütün ermənilərin katalikosu II Qaregin dünyanın dini liderlərinin ikinci sammitində iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya gələcək. ?Novosti-Armenia?nın Eçmiədzin kilsəsinin mətbuat xidmətnə istinadən yaydığı məlumata görə, səfər aprelin 26-da başlayacaq. Məlumata görə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dəvəti ilə gerçəkləşəcək səfər bir günlük olacaq. Səfər zamanı Moskva və Bütün Rusiyanın patriarxı, Gürcüstan katalikos-patriarxı, ermənilərin katalikosu və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iştirakı ilə dörd tərəfli görüşün keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, II Qaregini səfərdə Eçmiədzin kilsəsinin kilsələrarası münasibətlər üzrə nümayəndəsi, arxiyepiskop Eznik Petrosyan, kilsələrarası münasibətlər dəftərxanasının rəhbəri, dyakon Vaqram Melikyan müşayiət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA