Həmsədrlər sabah Moskvada görüzəcəklər

img

21-04-2010 [05:26]


ATƏT-in Minsk Qrupunun amerikalı və rusiyalı həmsədləri Robert Bradtke və Yuri Merzlyakov, eləcə də bu posta yeni təyin edilmiş İqor Popovun Azərbaycana səfəri başa çatıb. Həmsədrlər bu gün Bakıda bir-birləri ilə danışıqlar apararaq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair son vəziyyəti müzakirə ediblər. Minsk qrupunun amerikalı həmsvə rusiyalı həmsədrləri Bakıya səfərlərinin yekunu ilə bağlı bu gün Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlər üçün brifinq keçiriblər. Amerikalı həmsədr bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Moskvada tam tərkibdə müzakirələr aparacaqlar. Görüşdə Qarabağ problemi ilə bağlı növbəti addımlar müzakirə olunacaq. Fransalı həmsədr Bernar Fasye də görüşdə iştirak etmək üçün Moskvaya gələcək. Qeyd edək ki, həmsədrlərin Azərbaycana bu dəfəki səfəri prezident İlham Əliyevin onları ayrı-ayrılıqda qəbul etməsi ilə yadda qalıb. Belə ki, dünən əvvəlcə Bakıya ilk gələn Yuri Merzlyakov və yeni rusiyalı həmsədr prezident İlham Əliyevin qəbulunda olublar. Daha sonra isə Bakıya gələn amerikalı həmsədr Robert Bradtke dövlət başçısının qəbulunda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA