Polzada erkən prezident seçkiləri iyunun 20-də keçiriləcək

img

21-04-2010 [01:52]


Polşada erkən prezident seçkiləri iyunun 20-nə təyin olunub. Parlamentin mətbuat xidməti bildirib ki, spiker Bronislav Komorovski seçkinin tarixini bu gün təyin edib. Rəy soğrularına görə baş nazir Donald Tuskun hakim Mərkəzi Platformasının namizədi - Komorovskinin seçkidə qələbə şansı böyükdür. Mərhum prezident Kaçinskinin ekiz qardaşı Yaroslav Kaçinskinin müxalif mühafizəkar ?Qanun və Ədalət? partiyasının isə öz namizədini şənbə günü élan edəcəyi gözlənilir. Partiyanın bəzi üzvləri Kaçinskini dəstəkləyəcəklərini bildiriblər, lakin özü hələlik seçkiyə gedib-getməyəcəyini açıqlamayıb. Polşa prezidenti Lex Kaçinski aprelin 10-da Rusiyada təyyarə qəzasında həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA