“Türk diplomat Moskvadan qaçdı...” – Nazirdən "diplomat ovu" haqda açıqlama

img

28-07-2016 [13:52]


Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər diplomat işdən çıxarılıb.

"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılanlardan ikisi səfirdir.

Çavuşoğlu Türkiyənin Kazandakı Baş konsulluğunun bir əməkdaşının Yaponiyaya qaçdığını sözlərinə əlavə edib:

"Hazırda Kazanda fəaliyyət göstərən diplomatlarımızdan biri Moskvadan Yaponiyaya qaçıb. Bütün məlumatları diqqətlə izləyirik. XİN-i bu xainlərdən təmizləyəcəyik. Bütün dövlətlərə onlar haqqında məlumat veririk. Xüsusən, avropalı dostlarımız bizim təkliflərimizi qəbul etmək istəmirlər. Onlara qarşı addım atmağa hazır olan çox ölkə var”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA