Ərdoğana qəsd etmək istəyən 11 hərbçi də yaxalandı

img

01-08-2016 [12:16]


Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı oteldə dövlət başçısına sui-qəsd etmək istəyən hərbçilərdən 11-i Muğla vilayətinin Ula bölgəsində yaxalanıb.

Anadolu Agentliyi xəbər verir ki, Şirinköy məhəlləsinin bir vətəndaşı tərəfindən hərbçilərin yeri barədə məlumat daxil olduqdan sonra jandarma qrupu xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA