Qarabağ qaziləri Qırğız xalqına müraciət etdi: "Qardaz qırğınına son qoyun!"

img

20-04-2010 [05:46]


Bu gün ?Qarabağ Qaziləri? İctimai Birliyi Qırğızıstanda baş verən hadisələrlə bağlı qırğız xalqına müraciət ünvanlayıb. Müraciətdə deyilir: ?Əziz qırğız xalqı! Rusiyanın təhriki və dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib. Bu işğal nəticəsində minlərlə insan həlak olub, bir milyona yaxın insan öz dədə-baba torpağından didərgin düşüb. Şəhərlərimiz, kəndlərimiz yandırılaraq məhv edilib. Biz öz torpaqlarımızı rus-erməni işğalından müdafiə edərkən sağlamlığımızı itirmişik. Müharibənin nə demək olduğunu yaxşı bilirik. Ona görə də qardaş qırğız xalqı üçün ağır bir gündə sizlərə müraciət etmək qərarına gəldik. Bu il aprelin 6-dan Qırğızıstanda insan ölümü ilə başlayan və hazırda davam edən hadisələri bütün Azərbaycan xalqı kimi biz də ürək ağrısı ilə izləyirik. Təəssüflər ki, böyük xalq kütləsinin də iştirak etdiyi bu hərəkat itkisiz ötüşmür və bu qanlı olaylar indi də davam etməkdədir. Biz qırğız xalqının azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə edir və alqışlayırıq. Amma bu prosesin sonrakı istiqamətdə inkişafı bizi narahat edir. Bu səbəbdən də Qarabağ müharibəsinin od-alovundan təsadüf nəticəsində sağ çıxmış insanlar olaraq sizlərə müraciət edirik: qardaş qırğınını dayandırın. Rusiyanın və digər düşmən dövlətlərin bir türk dövləti olaraq Qırğızıstana qarşı başladığı məkrli siyasətinin davam etməsinə yol verməyin. Öldürülən və yaralananlar kimlərdir? Türklər - qırğızlar, ahıskalılar və azərbaycanlılar. İmkan verməyin ki, qardaş qardaşa əl qaldırsın. Qardaş müsəlman-türk qanı axıdılmasına son qoyun! Azad və demokratik Qırğız dövlətinin mənafeləri naminə birləşin!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA