Nazir: "Səfir səviyyəsində işdən çıxarılanlar olacaq"

img

25-07-2016 [14:16]


Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı səfirlər səviyyəsində vəzifəsindən kənarlaşdırılanlar olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, FETÖ üzvlərinin Türkiyə XİN-ə sızmasını kadrlar şöbəsində təmsil olunan şəxslər təşkil ediblər: "Türkiyə XİN-ə işə qəbul zamanı klassik formada imtahan keçirilir. Yəni imtahanda türk dilindən ingilis dilinə və əksinə tərcümə olur. Ancaq suallar və cavablar imtahandan əvvəl iştirakçılara paylanıb. Nəticədə nazirlikdəki mühüm postlara bu şəxslər yerləşdirilib. Hətta onlardan 34 nəfərini Nazirlər Kabinetinə də göndərmişik. Halbuki Türkiyə XİN dövlətin sirlərinin olduğu qurumdur. Çünki mühüm danışıqlar nazirliyimiz vasitəsilə həyata keçirilir. Ona görə də həmin xainlərin nazirliyə sızmasının qarşısı alınmaslıdır. Bu səbəbdən vəzifəsindən kənarlaşdırılanlar olacaq".

Nazir Türkiyə XİN-də xarici dil bilənlərin sayının az olduğunu bildirib: "Bunları nəzərdən keçiririk. Baş katiblik imtahanına 95 nəfər girib, 90 nəfər keçib. Halbuki normal şərtlərdə 1-2 nəfər keçər, 10 faiz heç vaxt keçməz".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA