"Fətullah Gülən Bin Ladendən, İŞİD-dən də təhlükəlidir" - Nazir

img

23-07-2016 [23:05]


"Fətullah Gülən çox təhlükəli terroristbaşıdır. O, Bin Ladendən, İŞİD-dən də pis və təhlükəlidir".

Mia.az xəbər verir ki, bu sözləri bu gün Türkiyənin Avropa üzrə naziri Ömər Çelik deyib.

O, Fətullah Güləni dövləti içəridən ələ keçirməyə cəhddə ittiham edib: "Ancaq buna nail olmadıqda əsgər qılığına saldığı terroristlərini hərəkətə keçirdi. Onlar prezidentimizi, baş nazirimizi, onların ailələrini öldürməklə yanaşı, dövləti silah gücünə ələ keçirməyə cəhd elədi. Ancaq qürurlu xalqımız bu terroristbaşı və onun terrorçularına növbəti dərs verdi. Bizə maraqlıdır ki, bu hadisələrə Avropadakı tərəfdaşlarımız bizim gözlədiyimiz formada dəstək olmadı. Biz hər cür saf tənqidə açıqıq, ancaq bu tənqidlərin yanı ilə heç olmasa, çevriliş cəhdini ürəklə pisləmək olmazdımı?!

Halbuki, biz strateji tərəfdarlarımız olan Avropa liderlərini xalqın seçdiyi iqtidara dəstək, çevriliş kimi cinayətlərə qarşı olmalarını yaxından görmək istəyirdik. Hətta onları şəhidlərimizin dəfnində görmək arzumuz da vardı. Ancaq onlar bunu eləmək, terrora qarşı ortaq mövqe göstərməkdənsə, bizə başqa mesajlar verdilər. Oysa ki, biz Fransada, Belçikada və digər ölkələrdə baş verən terror olaylarından dərhal sonra ən yüksək səviyyələrdə dəfələrlə terrora qarşı olduğumuzu, həmin ölkələrin yanında olduğumuzu, gərəkirsə, hər cür dəstəyi verməyə hazır olduğumuzu təkrarlayırdıq…".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA