Çavuşoğlu Avropa İttifaqının tənqidinə cavab: “Təəssüf ki, Xan ölkəmizdə yaşanan hadisələri tam qavramayıb”

img

19-07-2016 [11:07]


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının nümayəndəsi Yohan Xanın tənqidlərinə münasibət bildirib.

Nazir tənqidlərin yersiz olduğunu bildirib:

"15 iyulda demokratiyamızı və konstitusiyamızı hədəf alan, xeyli günahsız insanın həyatı bahasına başa gələn qanlı hərbi çevrilişə cəhd oldu. AB və müttəfiqlərimizdən ölkəmizdəki demokratik prosesi dəstəkləmələri və çevriliş cəhdini şiddətlə qınamaqlarını gözləyirik. Türkiyə heç bir halda insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplərdən geri addım atmayacaq. Təəssüf ki, Xanın ölkəmizdə yaşanan hadisələri tam qavramadığı görünür”. (Axar.az)

Xatırladaq ki, Fransanın Strasburq şəhərində jurnalistlərin suallarını cavablandıran Yohan Xan Türkiyədə aparılan kütləvi həbsləri qınamışdı: "Hadisənin dərhal ardından siyahılar çoxdan hazır idi. Bu vəziyyət müəyyən bir mərhələdə istifadə etmək üçün hazırlanıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA