İran prezidentindən Ərdoğana dəstək - Ruhanidən çevriliş açıqlaması

img

18-07-2016 [21:36]


"Bizim yerləşdiyimiz bölgə  hələ də istəklərin tank və topla xalqa qəbul etdirilməsi dövranının başa çatdığını dərk edə bilməyib. Hazırkı dövr İran, Türkiyə, Suriya, İraq, Livan, Bəhreyn və Yəmən üçün bütün problemlərin yeganə həll yolunun seçki qutuları olduğu dövrdür”.

Bu sözləri İran prezidenti Həsən Ruhani Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə münasibət bildirərkən deyib:  

"Çox təəssüf ki, bizim ilə qonşu olan bəzi ölkələrdə  hələ də çevriliş ilə iqtidarı dəyişməyin mümkün olduğunu düşünürlər. Yerləşdiyimiz regionda hələ də elə şəxslər var ki, tank ilə, top ilə, təyyarə ilə xalq tərəfindən seçilmiş hökuməti devirməyin mümkün olduğunu düşünürlər”.

Ruhani deyib ki, regiondakı problemlər vəhdət bayrağı ilə  həll edilməlidir.

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA