Müdafiə nazirinin köməkçisi saxlanıldı - Şok olay

img

18-07-2016 [00:38]


Türkiyə müdafiə naziri Fikri İşıkın şəxsi köməkçisi Teyfik Gök də saxlanılıb.

Türkiyə mediası xəbər verir ki, polislər tərəfindən dindirilən Gök silahlı çevrilişə cəhddə günahlandırılır(Report).

Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2400-dək hərbçi həbs edilib.

Ankara Baş Prokurorluğu isə 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.

Türkiyədə iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA