Ordu generalları qandallanır - Son dəqiqə xəbəri

img

16-07-2016 [19:39]


Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan yüksəkrütbəli hərbçilərin həbsi davam edir. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində yerləşən Gizirlərin hazırlıq məktəbinin komandanı general-mayorŞenol Alkış və Jandarma kəşfiyyat rəisi mayor Tamer Akkoyun həbs edilib.

Bundan qabaq isə, Türkiyənin keçmiş Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk və general Mətin İyidili barəsində də vətənə xəyanət maddəsi ilə cinayət işi başladılıb. 

Xatırladaq ki, indiyədək 5 briqada generalı və 1 kontr-admiralın həbs edildiyi xəbəri yayılıb. 

Türkiyə mətbuatı bu həbslərin hələ bir müddət davam edəcəyini bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA