“Türk xalqı Ərdoğana daha bir şans verdi..." - Rəsmi Moskvadan Türkiyədəki hadisələr haqda açıqlama

img

16-07-2016 [16:55]


"Türk xalqı prezident Ərdoğana daha bir şans verdi. İndi mühüm olan prezidentin bundan necə istifadə edəcəyidir”.

Bu barədə Rusiya Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov Türkiyədəki dövlət çevrilişinə cəhdi şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ərdoğanın  qeyri-ardıcıl və provokativ siyasəti nəticəsində ətrafında bu siyasəti bəyənməyən ən müxtəlif xarakterli qüvvələr yığılmışdı: "Bu gecə biz Ərdoğana və onun ölkəsinə qarşı xüsusi siyasi və insani təəssüfü ifadə edən kimsəni görmədik. Nə Avropa, nə ABŞ, nə Yaxın Şərqdən, nə  də Rusiyadan… Bu, əsasdır  və Ərdoğan şəxsən bundan özü üçün nəticə çıxarmalıdır. Türk xalqı ona daha bir şans verdi”.

Vitse-spikerin sözlərinə görə, əgər Ərdoğan dünya üçün ağrılı olan məsələlər barədə öz fəaliyyətini dəyişməsə ikinci gecə hadisələr daha sərt şəkildə baş verə bilər(Strateq.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA