Fransa belə qana boyandı - VİDEOLAR, FOTOLAR

img

15-07-2016 [10:54]


Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

***

Türkiyə mediası fransız qaynaqlara istinadla Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayının 73, yaralıların isə 120 nəfəri ötdüyünü açıqlayıb.

***

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra naməlum şəxslər insanlara atəş açıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.     

***

Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdihama çırpılan  yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutublar.

"Gazeta.ru”nun məlumatına görə, insident nəticəsində azı 50 nəfər ölüb.

BMF TV telekanalının məlumatına görəsə, naməlum şəxslər tərəfindən idarə olunan və yüksək sürətlə hərəkət edən iritonnajlı yük maşını izdihama çırpılaraq, bir neçə yüz metr insanların üzərindən keçib.  

Bundan başqa, yük maşınında olan şəxslərin insanlara atəş açdığı bildirilir.  

Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.  

Rəsmi qurumlar şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb. Hadisənin baş verdiyi ərazidə polis "qapalı zona” yaradıb,  hadisə yeri mühasirəyə alınıb.

 

trrr

teror 009

france

terr3

terror06

fr-4

fr-5


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA