Oğru nazirə rahibələrin kömək etdiyi üzə çıxıb - İlginc faktlar

img

14-07-2016 [22:12]


Argentinanın paytaxtı Buenos-Ayres ətrafındakı bir monastırın bağçasında pul basdırarkən cinayət başında tutulan eks-nazir Xose Lopesə rahibələrin kömək etdiyi ortaya çıxıb.

Xatırladaq ki, keçmiş prezident Kristina Fernandes de Kirçnerin hökumətində tikinti naziri olan X.Lopes 8.5 milyon dolları basdırma cəhdi zamanı cinayət başında tutulub.

Mia.az xəbər verir ki, Argentina televiziyasında yayımlanan videoda məbədə pul dolu çamadanlarla gələn eks-nazirə rahibələrinin kömək etdiyi açıq şəkildə göstərilib. X.Lopesin özü ilə tüfəng gətirdiyi, ancaq monastır rahibələrinə təhdid etmədiyi də aydın olub.

keçmiş nazirin xanımı və rahibə Selia İnes Aparicio istintaqa cəlb ediliblər. Prokuror Federiko Delgado X.Lopesin monastıra gəlişinin əvvəlcədən planlaşdırıldığına və rahibələrin özünü gözlədiyinə inandığını qeyd edib.

Ə.Rzazadə


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA