Böyük Britaniyanın yeni "dəmir ledi"si: "Bir neçə zəngin üçün deyil, hamı üçün işləyəcəyik"

img

13-07-2016 [21:38]


26 il sonra Böyük Britaniyada baş nazir postuna yeni "dəmir ledi" - qadın əyləşdi.

Mia.az xəbər verir ki, Tereza Mey bu gün kraliça Yelizeveta II qəbul edərək, uğurlar arzulayıb.

Görüşdən sonra mediaya açıqlama verən yeni baş nazir Avropa Birliyindən ayrılma qərarından sonra ölkəsini kiçiləcəyini deyil, daha da böyüyəcəyi vədini verib: 

"Hər şey xalq üçün olacaq. Heç kimsəyə ayrımçılıq olmayacaq. Britaniyanın baş naziri kimi söz verirəm, bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq. Ən yaxşı nə olacaqsa, onu da edəcəyik".

Xatırldaq ki, Tereza Mey Mühafizəkarlar Partiyasının lideridir. 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. O, Marqarit Tetçerdən sonra son 26 ildə krallığın qadın baş naziri kimi tarixə düşüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA