Elmar Məmmədyarov aprelin 19-da Almaniyaya rəsmi səfərə gedəcək

img

16-04-2010 [02:40]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 19-21-də Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfərə gedəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər proqramı çərçivəsində aprelin 19-da E.Məmmədyarovun AFR Bundestaqının Xarici Əlaqələr Komitəsinin və Bundestaqın yenicə formalaşmış Cənubi Qafqaz Parlament Qrupunun üzvləri, ?Körber Stiftung? fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR-in xarici işlər naziri Guido Vestervelle, AFR Kansler Aparatında Kanslerin Xarici və Təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı planlaşdırılır. Aprelin 20-də XİN başçısının Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Ruprecht Polenz, AFR-in Baden-Vürttemberq əyalətinin baş naziri Stefan Mappus ilə görüşləri və Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulluğunun açılışında iştirakı nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA