Ərdoğanla Poroşenko Varşavada bir araya gəldi - Görüş

img

08-07-2016 [15:06]


NATO sammitinə qatılmaq üçün Varşavada olan Ukrayna prezidenti Pyotr Poroşenko və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün "Twitter” səhifəsində yazıb.

"Türkiyə prezidenti ilə danışıqlar başlayıb”, – deyə o, qeyd edib.

P. Poroşenkonun Polşa prezidenti Anjey Duda, Niderland baş naziri Mark Ryütte, Böyük Britaniya baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama və digər liderlərlə ikitərəfli görüşləri də planlaşdırılır.

Sabah Ukrayna prezidenti Ukrayna-NATO Komissiyasının iclasında iştirak edəcək.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA