Lex Kaçinskinin xatirəsi Azərbaycanda yad ediləcək

img

15-04-2010 [05:56]


2010-cu il aprelin 10-da Rusiyada təyyarə qəzası nəticəsində faciəli surətdə həlak olmuş Polşa Respublikasının Prezidenti Lex Kaçinski, onu müşaiyət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi Azərbaycanda da anılacaq. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib. Onun sözlərinə görə, aprelin 18-də saat 15:00-da Azərbaycan Respublikasının ərazisində insanların və avtomobillərin hərəkətinin dayandırılması, gəmi və qatarların səs siqnallarının verilməsi ilə Polşa hökumət və dövlət xadimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA