Rusiyadan NATO-ya qarşı daha bir həmlə - Rəsmi Moskva iki dənizə yeni sistemlər yerləşdirir

img

06-07-2016 [14:52]


Rusiya ordusu NATO-nun hərbi fəaliyyətini artırmasına cavab olaraq Baltik və Qara dənizdə yeni model radar sistemləri yerləşdirəcək.

Bu barədə adı açıqlanmayan hərbi qaynaq "İnterfaks”a məlumat verib.

Onun sözlərinə görə, yenilənmiş "Podsolnux” radar sistemi 2017-ci ildə Baltik dənizində istifadəyə veriləcək.

Qaynaq İstanbul boğazından keçən bütün gəmiləri təsbit edə biləcək bənzər radar stansiyasının da Krımda yerləşdiriləcəyini əlavə edib.

Qeyd edək ki, "Podsolnux” radar sistemi 450 kilometr diametrində hərəkət edən bütün gəmi və təyyarələri təyin edə bilir.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA