Davudoğlu: ?Biz çiçəklənən Ermənistan istəyirik?

img

15-04-2010 [03:58]


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatlarda Ankara-İrəvan münasibətlərinə dair açıqlama verib. O, bildirib ki, Yunanıstanla razılığa gələn Türkiyə Ermənistanla da razılığa gəlməyə hazırdır. ?Biz qonşuluqda kasıb ölkənin olmasını istəmirik. Bu, sabitliyə xələl gətirir. Biz çiçəklənən Ermənistan istəyirik. Bütün dövlətlərə inkişaf arzu edir və bizimlə sülh şəraitində yaşamasını istəyirik. Ermənistanla protokolları imzalayanda bizim geniş baxışımız vardı. Düşünürdük ki, bu protokollar təkcə iki dövlət arasında imzalanmayıb. Biz iki dövlət deyil, iki xalq arasında - erməni və türk xalqı arasında problemi həll edib körpü yaratmaq istəyirdik, fərqi yoxdur, bu xalqın nümayəndələri haradadır. Los-Ancelesdə, Parisdə və ya başqa ölkədə. Əsas odur ki, onlar bir yerdə oturub, öz tarixi keçmişlərini paylaşa bilsin. Biz hazırıq ki, oturub erməni dostlarımızın, qonşularımızın bizim tariximiz haqqında fikirlərini dinləyək. Və bu Sürixdə imzalanan razılaşmanın konsepsiyasına əsasən olmalıdır?, - deyə Əhməd Davudoğlu bildirib. Türkiyənin XİN rəhbəri iki ölkə arasında münasibətlərin normallaşmasına nail ola biləcəklərinə inandığını bildirib: ?Mən nəyə görə belə bir məsələdə nikbinəm? Əgər bu günün mənzərəsinə baxsanız, yalnız burada çətinlikləri görərsiniz. Oktyabrın 11-də də imzalanma gününə diqqət yetirsəniz, orada çoxlu müsbət tərəflər görə bilərsiniz. Lakin bu mənzərənin təhlil edildiyi təqdirdə siz prosesi də təhlil etməlisinz. Mən bizim bu nöqtəyə haradan gəlməyimizi çox yaxşı bilirəm. Əgər siz bu günü 3 il əvvəlki ilə müqayisə etsəniz, Ermənistan və Türkiyə arasında heç bir dialoqun olmadığını görəcəksiniz. Əgər siz bugünki münasibətləri ötən ilin bugünki gününün münasibətiylə müqayisə etsəniz, Türkiyə və Ermənistan arasında heç bir sənədin imzalanmadığını görəcəksiniz. Bu gün biz çox böyük inkşiaf əldə etmişik. Əlbəttə ki, biz danışıqların ilk günündən bilirdik ki, erməni həmkarlarımız bizim qarşımıza çox böyük çətinliklər qoyacaqlar. Və bu da ki, siyasi uzaqgörənlik və məqsədə çatmaq üçün edilən səylərdən asılıdır. Biz danışıqları davam etdirəcəyik?, - deyə türkiyəli nazir vurğulayıb. O, həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın İrəvana xüsusi elçi göndərdiyini və onun İrəvana mesaj apardığını da xatırladıb. Onun sözlərinə görə, bu mesajda hər şey çox aydın yazılıb. ?Biz burada başlıca dəyərlərə hörmət etdiyimizi və münasibətlərin normallaşmasını istəyirik. Lakin eyni zamanda biz erməni siyasətçilərlə birlikdə siyasi mühit yaratmalıyıq. Bu da həm Ankara, həm də İrəvanda hər iki ölkənin parlamentində müsbət cavab almaq üçün vacibdir. Bizim parlamentdə müsbət cavabın verilməsi üçün heç bir mənfi hal olmamalıdır. Biz mərhələləri səbrlə hazırlamalıyıq. Və bunu erməni həmkarlarımızla bir etməliyik. Əgər biz bunu hazırlasaq, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edəcək. Biz bununla heç bir ön şərt irəli sürmürük. Lakin biz çox yaxşı bilirik ki, Qafqaz, Orta Şərq və Balkanlarda bu kimi münaqişələr həmişə danışıqlar yolu ilə həll olunub. Danışıqlar prosesində nə qədər çox məqam olsa, o zaman bütün bu proseslərin müsbət səmərəsi olacaq. Mənfi məqamlar isə nə qədər çox artsa, onda münaqişənin həlli də bir o qədər çətinləşəcək. Hazırda biz müsbət nəticələrin əldə olunması üçün çalışırıq. Və buna görə də mən çox nikbinəm. Biz buna nail olacağıq. Siz bunun şahidi olacaqsınız?, - deyə Davudoğlu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA