Çavuşoğlu sözünü geri çəkdi: "İncirlik hərbi bazasının Rusiya qırıcılarının ixiyarına verilməsi..."

img

04-07-2016 [16:40]


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İncirlik hərbi bazasının Rusiya qırıcılarının üzünə açıq olması barədə hallanan sözlərinə aydınlıq gətirib.

Baş nazir Binəli Yıldırım ilə mətbuat konfransı keçirən Çavuşoğlu dünən dediyi sözlərin bir qədər yanlış anlaşıldığını bildirib:

"Mən terrorla mücadilədə "Hər kəslə əməkdaşlıq edə bilərik” dedim. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan da Putinə İŞİD-lə birgə mübarizə təklif etmişdi. Bundan sonrakı müddətdə Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi söylədim. İncirlik bazası ilə bağlı elə bir söz deməmişəm”

Xatırladaq ki, Çavuşoğlu TRT-yə müsahibəsində Rusiya ilə hərbi əməkdaşlığın genişləndiriləcəyini bu cür ifadə etmişdi:

"İŞİD-ə qarşı hər kəslə əməkdaşlığa hazırıq. İncirlik bazası terror qruplaşmasına qarşı mübarizə aparmaq istəyənlərə açıqdır. Rusiya ilə bu əməkdaşlıq niyə də olmasın? Bu terror təşkilatı hamımızın düşmənidir. Bu mövzuda Sergey Lavrovun da söylədiyi kimi razılıq əldə olunub”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA