iran prezidenti Əhmədinejad amerikalı həmkarı Obamaya məktub göndərib

img

14-04-2010 [04:31]


İran regionda Amerika Birləşmiş Ştatlarının hökmranlığının yaradılması üçün aradan qaldırılması mümkün olmayan maneədir. Prezident Mahmud Əhmədinejad Barak Obamanı İrana qarşı hədələrə son qoymağa çağırıb və deyib ki, onların İranı məhv edə biləcəklərini düşündüyü dövr bitib. Onun sözlərinə görə, artıq heç kim İranı məhv edə bilməz. O, İranın qarşıdurmalar istəmədiyini və digər dövlətlərlə əməkdaşlığa və danışıqlara hazır olduğunu əlavə edib. İran prezidenti Barak Obamaya məktub göndərdiyini və onun mətninin tezliklə ictimaiyyətə açıqlanacağını da bildirib. ?İran burada kiminsə hökmranlığının bərqərarına yol verməyəcək və bu, Amerika Birləşmiş Ştatlarının qəzəbinə səbəb olur. Eyni zamanda biz regional problemlərin həllində əməkdaşlığa hazırıq. Amerika Birləşmiş Ştatları İranı olduğu kimi qəbul etməli və onunla əməkdaşlığa cəhd göstərməlidir. Bu, amerikanların sonuncu şansıdır. Onlar Fələstin, İraq və Əfqanıstanda nə edə bildilər? Heç nə. ABŞ sürətlə dünyada təsirini itirir, onların vaxtilə sahib olduğu qüdrəti zəifləmək üzrədir. Bir il əvvəl Amerika Birləşmiş Ştatları xarici siyasətində dəyişiklik elan etdi. Ancaq biz heç bir dəyişiklik görmürük. Məsələ ABŞ prezidenti Barak Obamanın iranlılara İranın yeni ilində etdiyi müraciətində deyil. Biz 500 cavab müraciəti edə bilərik. Məsələ mövcud olmayan konkret dəyişikliklərdədir?, deyə İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA