Türkiyə baş naziri hadisə yerində olub: "Qurbanlarının arasında xarici vətəndaşlar da var"

img

29-06-2016 [10:47]


Türkiyənin baş naziri Binəli Yıldırım məlum terror aktı ilə əlaqədar müavini Numan Kurtulmuş və daxili işlər naziri Əfqan Ala ilə birgə İstanbuldakı Atatürk Hava Limanına gəlib.

Qanlı hadisə ilə bağlı açıqlama verən baş nazir bildirib ki, terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var:"Günahsız insanları hədəf alan alçaqcasına bir hücumdur".

B.Yıldırım deyib ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞİD tərəfindən törədilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA