Prezident bütün səfirləri geri çağırdı - Putindən sərt qərar

img

22-06-2016 [12:49]


Rusiya prezidenti Vladimir Putin gələn həftə XİN-də ölkənin xaricdəki səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə müşavirə keçirəcək.

Bu barədə AzVision.az `life.ru`-ya istinadən bildirir ki, bu cür müşavirələr hər iki ildən bir keçirilir və artıq ənənə halı alıb. Putin qeyd edib ki, diplomatlarla görüş və birbaşa danışıqlar "dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün” lazımdır. Rusiya lideri bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək. Onun görüş zamanı dünyanın gündəmində olan məsələləri müzakirə edəcəyi həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcəyi bildirilir.

Qeyd edək ki, iki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA