Elmar Məmmədyarov Almaniya Bundestaqının deputatını qəbul edib

img

13-04-2010 [07:58]


Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının deputatı, Almaniya-Azərbaycan dostluq qrupunun sədr müavini Viola von Kramon Taubadeli qəbul edib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə xanım V.Taubadelin Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanıb. Cavab olaraq nazir E.Məmmədyarov ölkəmizin xarici siyasətinin ən başlıca prioriteti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə almaniyalı qonağa ətraflı məlumat verib. Bildirilib ki, münaqişənin tezliklə həlli üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdırlar, sonra regionda bütün kommunikasiyaların açılası, azərbaycanlı məcburi köçsünlər öz doğma torpaqlarına qayıdası, onların yaşayışı üçün normal həyat şəraiti yaradılası və sonda Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusu müəyyənləşəsidir. Nazir E.Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirib. Sonra tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA