Mahmud Əhmədinejad BMT-yə müraciət edib

img

13-04-2010 [04:32]


İran prezidenti Mahmud Əhmədinejad BMT-nin baş katibinə müraciət edərək, onun NATO-nun Əfqanıstan və İraqdakı fəaliyyətini araşdırmasını istəyib. Əhmədinejad Ban Ki-muna ünvanladığı məktubda bildirib ki, qiyamçıların ələ keçirilmiş lideri Əbdülmalik Cundallah NATO-nun onların fəaliyyətini dəstəklədiyini etiraf edib. İranın cənubunda sünnilər üçün bərabər hüquqlar uğrunda mübarizə apardığını iddia edən Cundallah oktyabr ayında onlarla insanın, o cümlədən İranın inqilab keşikçiləri ordusunun 5 yüksək rütbəli komandirinin qətli ilə nəticələnmiş partlayışlara görə məsuliyyəti üzərinə götürmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA