Ərdoğan: "Obamanın soyqırım ifadəsindən istifadə etməyəcəyinə əminəm"

img

13-04-2010 [02:12]


Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamanın "soyqırım" ifadəsindən istifadə etməyəcəyindən əmin olduğunu bildirib. Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə baş naziri CNN telekanalına müsahibəsində belə deyib. "Mən belə düşünürəm, çünki bu günə qədər heç bir Amerika lideri bu sözü işlətməyib və prezident Obamanın da istifadə etməyəcəyinə inanıram", deyə Ərdoğan qeyd edib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 1915-ci ildə baş verən hadisələri "soyqırım" kimi xarakterizə edilməsini qəbul etmədiyini vurğulayıb. Hadisələrin baş verdiyi vaxtın müharibə və üsyanlar dövrü olduğuna işarə edən Ərdoğan, 1914-1918-ci illər arasında türk xalqının qorxunc itkilərlə üzləşdiyinə diqqət çəkib. "Heç bir xalqın tarixi öz anladığı şəkildə digər xalqlara təlqin etməyə haqqı yoxdur və Türkiyə bunu etməyə çalışmır", deyə Türkiyə Baş naziri əlavə edib. Xatırladaq ki, aprelin 24-də ənənəvi olaraq ABŞ prezidentləri 1915-ci il hadisələrilə bağlı çıxış edirlər. Erməni diasporası bu il ABŞ prezidenti Barak Obamanın çıxışında "soyqırım" kəlməsindən istifadə edəcəyini gözləyirlər. Qeyd edək ki, ermənilər aprelin 24-nü qondarma erməni soyqırımının ildönümü kimiq eyd edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA