17-06-2016 [15:52]
Yasamal rayon məhkəməsində tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmliyə qarşı cinayət təqibi davam edir. Hazırda iş linqvistik ekspertiza mərhələsindədir.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, məhkəmə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı mütəxəssis qismində ekspertizaya cəlb edib. Yasamal rayon məhkəməsindəki mənbə bu faktı təsdiqləyib, lakin əlavə edib ki, adları çəkilən şəxsləri məhkəmə deyil, BDU-nun özü müəyyənləşdirib.
O da məlum olub ki, ekspertizada əsas mütəxəssis kimi seçilmiş Z.Şahbazova AzTV sədrinə yaxın şəxsdir. O, bir neçə il əvvəl A.Alışanovun qızı Nigarı Azərbaycan dili və ədəbiyyat fənnindən ali məktəbə hazırlaşdırıb. Ev şəraitində ona dərs keçib və indi də Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri davam edir. İkinci ekspert T.İsmayılovaisə adi müəllimdir və onun dilçilik ixtisası üzrə heç bir elmi dərəcəsi yoxdur.
Media mütəxəssisi Q.Məhərrəmli gununsesi.info-nun "Siz belə ekspertlərin obyektiv olacağına inanırsınızmı” sualına "İndi disseratsiya müdafiəsindəyəm, bu məsələlərlə bağlı heç bir məlumatım yoxdur. Yalnız dediklərinizi dəqiqləşdirdikdən sonra vəziyyətə baxaram”-, deyə hər hansı izah verməkdən imtina edib.
Məsələyə münasibət bildirən hüquq eksperti Emil Əfəndiyev bu şəkildə mütəxəssis təyin edilməsini qanun pozuntusu adlandırıb: "Əvvəla, Qulu müəllim BDU-nun əməkdaşı olduğu üçün oradan mütəxəssis cəlb edilməsi doğru deyildir. Çünki bu və ya başqa səbəbdən rəyin obyektivliyi üçün şübhələr yarana bilər.
İkincisi isə, Ekspertiza haqqında qanuna görə, işin nəticəsində maraqlı olan şəxsin mütəxəssis kimi rəy hazırlanmasında iştirakı yolverilməzdir”- , deyə hüquqşünas bildirib.
Hüquq eksperti onu da əlavə edib ki, hazırda ölkə ziyalılarının böyük dəstək verdiyi Q.Məhərrəmli ilə bağlı məhkəmə işi cəmiyyət, media və ifadə azadlığı üçün ciddi önəm daşıdığından geniş ictimai müzakirəyə səbəb olub. Ona görə də bu işin xarakteri, ekspertiza təhqiqatının predmetinin mürəkkəbliyi iş üzrə cəlb olunan mütəxəssislərin çox obyektiv olmasını, həm də bu mütəxəssislərin xüsusi biliklərə malik şəxslər dairəsindən seçilməsini zəruri edir.
Qeyd edək ki, məhkəmə qərarı üçün ekspertiza rəyi müəyyən əhəmiyyət daşıdığına görə, A.Alışanov vəzifəsinin hesabına proseslərə təsir göstərməyə, nəyin bahasina olursa-olsun ekspertizadan məlum müsahibə ilə bağlı mənfi rəy almağa çalışır. Bir müddət əvvəl onun müavini E.Dünyamalıyevin Dilçilik institutunda mütəxəssislərdən Q.Məhərrəmli əleyhinə mənfi rəy almaq cəhdi də göstərir ki, AzTV rəhbəri dövlət resurslarından şəxsi məqsədləri üçün geniş istifadə edir.
Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri, telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə