Şamaxıda restoranda kütləvi dava olub, ölən və yaralananlar var

img

12-04-2010 [01:50]


Aprelin 12-də saat 01.00 radələrində, Şamaxı rayonu ərazisindəki "Dostluq" restoranında, yemək yemiş 3 naməlum şəxslə oranın işçiləri arasında hesabın ödənilməsi ilə əlaqədar münaqişə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu zaman naməlum şəxslərdən biri, restoranın işçiləri, Şamaxı şəhər sakinləri Hacıalı İmaməliyevə, Elçin Babayevə və Saleh Hüseynova bıçaqla xəsarət yetirib. H.İmaməliyev xəstəxanaya aparılarkən yolda ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətmiş Şamaxı şəhər sakini Namiq Abbasov və onunla birgə olan həmyerliləri Rövşən Əmirov və əvvəllər məhkum olunmuş Səyyab İslamov müəyyən ediliblər. Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əmirov və S.İslamov tutulublar. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA