inzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək

img

10-04-2010 [08:05]


İnzibati Xətalar Məcəlləsinə iki yeni maddə əlavə olunması nəzərdə tutulur. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sənədə təklif olunan əlavələr Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə olunub. İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək maddələrə əsasən su təchizatı, qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsinə görə, fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər əlli manat, hüquqi şəxslər isə yüz manat miqdarında cərimə ediləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA