15-06-2016 [21:42]
NATO müdafiə nazirlərinin toplantısında alyansın çəkindiricilik və döyüş gücünün artırılması istiqmətində yeni tədbirlərin görülməsi qərarlaşdırılıb.
Bunu NATO-nun Baş katibi Cens Stolberq keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin ittifaqın döyüşə hazır qüvvələrinin 3 qat arttırılacağını və ani müdaxilə anında bütün üzv ölkələrindəki birliklərin bir neçə gün içərisində hərəkətə keçməyə hazır vəziyyətə gətiriləcəyini və bunun üçün Şərqi Avropada 8 yeni qərargahı qurulduğunu söyləyib.
NATO-nun şərqindəki qüvvələrini artırmaq çərçivəsində Latviya, Litva, Estoniya və Polşaya 4 çoxmillətli tabur göndəriləcəyini də bildirən Baş katib Qara dənizin müdafiəsi üçün də əlavə tədbirlər görüləcəyini açıqlayıb. O, hər hansı müttəfiqin hücuma məruz qalması halında lazımi qarşılığın bütün ittifaq üzvləriylə birlikdə veriləcəyini bəyan edib.
NATO-nun qarşıdurma tərəfdarı olmadığını ifadə edən Stoltenberq Rusiya ilə dialoq qurmağı arzulamalarına baxmayaraq, hər cür təhdidə qarşı müttəfiqlərini müdafiə edəcəklərini bildirib.
Müdafiə nazirləri eyni zamanda "kiber təhlükə" məsələsini də müzakirə ediblər. Stolberq "kiber təhlükə”yə qarşı tədbirləri həm dəniz, həm hava, həm də quru kimi fərqli əməliyyat sahələrində həyata keçirəcəklərini və bunun müştərək müdafiənin bir parçası olduğunu deyib. Kiber hücumları da NATO-nun məşhur 5. maddəsinin (ortaq müdafiə) əhatə dairəsinə aid etdiklərini bildirən Baş katib bunun səbəbini Rusiyanın hibrid müharibə anlayışıyla əsaslandırıb. Onun fikrincə, hibrid müharibənin əhəmiyyətli bir hissəsi olan kiber hücumlar da artıq Avropa müdafiə bir parçası olaraq qəbul ediləcək və Kremldən idarə olunan hibrid təhdidə qarşı mübarizə birgə mübarizə aparılacaq.
Bütün bu planları həyata keçirmək üçün tələb olunan maliyyəni qarşılamaq niyyətilə NATO öz büdcəsini artırmağı da qərarlaşdırıb. Cens Stoltenberqin dediyinə görə,2016-cı ildə alyans öz büdcəsini ötən illə müqayisədə 1,5% artırmağı planlaşdırır. Bunun əhəmiyyətli bir qərar olduğunu qeyd edən Baş katib müttəfiqləri bu təşəbbüsü davam etdirməyə və maliyyəni daha çox artırmağa çağırıb. O, daha çox maliyyəyə ehtiyac duyulduğunu etiraf edərək, səlahiyyət sahiblərinin müdafiə məsələsinə kifayət qədər cömərd davranmadığından narahatlığına da gizlətməyib.
NATO Baş katibinin bu narahatlığını dilə gətirərkən, daşı Avropa ölkələrinin bostanına atdığı məlumdur. Çünki NATO büdcəsinin 75 faizini hələ də ABŞ qarşılayır. Digər 27 üzv isə ödəniş məsələsində çox istəkli görünmürlər. Bununla belə, NATO büdcəsinin 2001-ci ildən bu yana 50% civarında artdığı bildirilir.
Strateq.az
İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
İtaliya Prezidenti Bakıya gəldi - FOTOLAR
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəklədi: "İki dövlətli həllin əsasını təşkil edən..."
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır
Spiker: "Bu, son dərəcə əhəmiyyətli olacaq"