Ərdoğan Putinə məktub göndərdi - Mətn

img

14-06-2016 [15:55]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 7 ayda ilk dəfə həmkarı Vladimir Putinə məktub göndərib. 

Ərdoğan Rusiyanın dövlət bayramı – Rusiya Günü münasibətilə Vladimir Putini və rus xalqını təbrik edib. Bu, 2015-ci ilin 24 noyabrından – məlum təyyarə insidentindən bu yana prezident səviyyəsində ilk rəsmi təmasdır.

Ərdoğan təbrik məktubunda Putinin timsalında rus xalqını təbrik edib, qarşıdakı dövrdə Türkiyə-Rusiya münasibətlərinin layiq olduğu səviyyəyə gələcəyinə ümid və arzu etdiyini bildirib. 

Baş nazir Binəli Yıldırım isə Rusiya hökumətinin başçısı Dmitri Medvedevi təbrik edib: "Xalqlarımızın ortaq maraqları naminə iki ölkə arasındakı münasibətlərin tezliklə lazımi səviyyəyə çatmasını ümid edir, rus xalqına rifah diləyirəm".

Strateq.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA