13-06-2016 [12:45]
Fransanın Angers şəhərində Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) 29-cu qurultayı keçirilib.
07-10 iyun tarixlərində keçirilən və 140 ölkədən BJF-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan BJF-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə BJF-nin təşkilati məsələləri həll edilib, növbəti 4 il üçün qurumun prezidenti və baş katibi müəyyənləşdirilib. 2007-ci ildən etibarən BJF prezidenti olan, Britaniya NUJ təmsilçisi Cim Bumelhanın səlahiyyət müddəti başa çatdığı üçün, yeni prezident seçkisi keçirilib. Növbəti 4 il müddəti üçün BJF-nin prezidenti postuna Belçika Jurnalistlər Assosiasiyasının təmsilçisi Flipp Leruz seçilib.
Daha sonra medianın qlobal durumu, yeni çağırışlar müzakirəyə çıxarılıb. Jurnalist təhlükəsizliyi, yeni medianın, sosial şəbəkələrin inkişafının peşəkar mediaya təsiri kimi mövzulara həsr edilmiş hesabat və məruzələr dinlənilib.
Qeyd edilib ki, 1991-ci ildən -2015-ci ilə qədərki dönəmdə 2300-dən artıq jurnalistin peşə fəaliyyətinə görə qətlə yetirilməsi, on minlərlə jurnalistin həbsə atılması bu peşə sahiblərinin riskli durumda fəaliyyət göstərməsini isbatlayır və təhlükəsizlik tədbirləri artırılmalıdır. 
Jurnalist təşkilatlarının inkişaf etdirilməsi jurnalistlərin qorunması üçün ən məqbul variantlardan biri kimi qiymətləndirilib. Həmçinin, Beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edilib ki, jurnalist təhlükəsizliyi məsələsini daimi nəzarətdə saxlasınlar.
Sosial şəbəkələrin inkişaf etməsi ilə ənənəvi medianın geriləməsi, bununla da peşəkar jurnalistikanın yerində "həvəskar jurnalistikanın” oturuşması, etik jurnalistika prinsiplərinin sıxışdırılması mövzusuna xüsusi müzakirələr həsr edilib. Peşəkar jurnalistika prinsiplərinin qorunub inkişaf etdirilməsi üçün təkliflər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın 140 ölkəsində 300-ə yaxın üzv təşkilat vasitəsilə 600.000 nəfər (altı yüz min nəfər) jurnalisti birləşdirən dünyanın ən böyük və nüfuzlu jurnalist təşkilatıdır. BJF, həmçinin, 1926-cı ildə təsis edilən ilk peşəkar beynəlxalq jurnalist təşkilatıdır. Angers Konqresi BJF-nin 90 illiyinə həsr edilmiş qurultay kimi tarixə düşüb.
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə