11-06-2016 [13:46]
Ötən gün dəfn edilən Məhəmməd Əlinin dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib.
Prezidentin boksçunun cənazəsinə və dəfninə qatılmaq üçün ABŞ-a getməsi, lakin səfərini yarımçıq saxlayaraq geri qayıtmasına səbəb Əlinin haqlarını satın alan şirkətin səhvləri olub.
Cənazə zamanı ilk gərginlik namaz zamanı yaşanıb. Belə ki, namaz zamanı kimin harada dayanacağı əvvəlcədən müəyyən edilməyib. Buna görə də mərasimə qatılan Tayyib Ərdoğan, enerji naziri Berat Albayrak, gənclik və idman naziri Çağatay Kılıç və türk heyət tabutun olduğu yerə gələrkən qarmaqarışıqlıq yaşanıb. Cənazə namazı qılınan yerdə polislərin çoxluğu da türk heyəti narahat edən məsələlərdən olub. Bundan başqa əvvəlcə Ərdoğanın mərasimdə çıxışı nəzərdə tutulub, lakin sonradan bu, ləğv edilib. Bütün bunlardan sonra prezident ikinci gün keçiriləcək mərasimə qatılmamaq haqqında qərar verib.
Mərasimdəki problemlər boksçunun muzeyi kimi fəaliyyət göstərən Məhəmməd Əli Mərkəzində də baş verib. Ərdoğan Əlinin ailəsi üçün gətirdiyi hədiyyələri təqdim etmək üçün 15 dəqiqə bir otaqda gözləməli olub. Buna baxmayaraq muzet direktoru Əlini təmsil edən və idmançının prezidentin sovqatını almaq üçün gələn ikinci həyat yoldaşından olan qızının hədiyyələri ala bilməyəcəyini deyib. Qarışıqlığa səbəb isə M.Əlinin 4-cü həyat yoldaşı olub. Nəticədə Ərdoğan Türkiyədən apardığı hədiyyələri heç kim verə bilməyib.
Bütün bunlardan sonra boksçunun yaxın dostlarından biri Ərdoğanın qatıldığı iftara gələrək ondan baş verənlərə görə üzr istəyib. İddiaya görə, 3 il öncə Məhəmməd Əlinin adı ilə bağlı olan haqları satın alan "Authentic Brands Group" şirkəti prezidentin adının çıxış edənlər siyahısından çıxarılmasına, Kəbə örtüyünün tabut üzərinə qoyulmasına izin verilməməsinə görə məsuliyyət daşıyır.
1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.
1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.
Əfsanəvi boksçu iyunun 4-də vəfat edib.
anspress.com
İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
İtaliya Prezidenti Bakıya gəldi - FOTOLAR
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəklədi: "İki dövlətli həllin əsasını təşkil edən..."
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır
Spiker: "Bu, son dərəcə əhəmiyyətli olacaq"