"Baş verənlər təsadüfi deyil, Nazarbayev gərək indi çox ehtiyatlı olsun" - Məşhur yazıçı

img

09-06-2016 [13:51]


"Aktobedə baş verən hadisələr təsadüfi deyil".

Bunu jurnalistlərə açıqlamasında məşhur qazax yazıçısı Oljas Süleymenov söyləyib. Onun sözlərinə görə, bu hadisələr öncədən hazırlanıb:

"Mənim bildiyim budur ki, hakimiyyət gərək indi çox ehtiyatlı olsun. Onlar çalışmalıdır ki, bizim 25 il qaçdığımız prosesin həyata keçməsinə imkan verməsinlər. MDB-nin demək olar ki, bütün respublikalarında bu hadisələr müxtəlif formalarda baş verib. Biz onu inqilab, digərləri isə başqa cür adlandırıblar. Destabilizasiyaya Rusiya da daxil olmaqla bütün respublikalar məruz qalıb. Yalnız Qazaxıstan bundan yayına bilib. Məncə, hökumətlə yanaşı, ictimaiyyət də çox diqqətli olmalıdır”(Axar.az).


Qeyd edək ki, bir müddət öncə Aktobe şəhərində naməlum şəxslər bir neçə ticarət obyektinə və hərbi hissəyə hücum edib. Rəsmi Astananın yaydığı məlumata görə, indiyə qədər 13 terrorçu məhv edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA